• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Dünən yol qəzasında 2 piyada ölüb

  • 1157 dəfə
  • Tarix 22 Mart 2018 / 13:16
  • Lent.az

Martın 21-də Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə saat 3 radələrində, Bakı şəhər sakini Fərhad Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Nəcəf Niqmətullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Analoji hadisə Bərdə şəhərində də baş verib. Belə ki, martın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Sərvər İsmayılov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmyerlisi Firəngiz Məhərrəmovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 

Hər iki fakt üzrə polis tərəfindən araşdırma aparılır.