• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

İDMAN

AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

  • 955 dəfə
  • Tarix 22 Mart 2018 / 14:00
  • ApaSport
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az qurumun saytına istinadən xəbər verir ki, toplantıda I divizionun XIX turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
 
 
 
İclasda rəqibini və hakimi təhqir edən futbolçulara da cəza kəsilib.
 
 
“Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.
 
 
 
“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.