• EUR  
  • USD  
  • RUB

SOSİAL

Yağış yağacaq, dolu düşəcək - Nazirlikdən XƏBƏRDARLIQ

  • 9767 dəfə
  • Tarix 23 Mart 2018 / 12:25
  • Lent.az

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz  12-17° isti, Bakıda  gecə  3-5° isti, gündüz  14-16° isti  təşkil edəcək.

 

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  55-60 % olacaq.

 

 

Azərbaycanın rayonlarında hava əsasən,  yağmursuz olacaq. Lakin axşam bəzi  qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz  10-15° isti təşkil edəcək.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bir xəbərdarlığı da nəzərə çatdırır. Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.