• EUR  
  • USD  
  • RUB

SOSİAL

Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə edir

  • 2977 dəfə
  • Tarix 23 Mart 2018 / 17:23
  • Lent.az
2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,3 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalma müşahidə olunub.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, yüklərin 4,3 faizi dəniz, 6,6 faizi dəmir yolu, 0,1 faizi hava, 58,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,1 faiz artaraq 23,7 milyon ton təşkil edib.
 
 
2018-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 299,2 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstərib.
 
Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.