• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

SİYASƏT

Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrılıb

  • 1789 dəfə
  • Tarix 23 Mart 2018 / 18:21
  • Lent.az
Prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Lent.az-ın Azərtaca-a istinadən məlumatına görə, Sərəncamda qeyd edilir ki, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılsın.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.