• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

MƏDƏNİYYƏT

"Azdrama"da Kamal Abdullanın pyesinin premyerası keçiriləcək

  • 2050 dəfə
  • Tarix 26 Mart 2018 / 18:41
  • Lent.az

Martın 27-də Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək.

 

APA-nın məlumatına görə, yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

 

Səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

 

                                                              

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

 

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.