• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

İQTİSADİYYAT

"Fundamental risklər gözləmirik" - Samir Şərifov

  • 1159 dəfə
  • Tarix 11 Aprel 2018 / 12:13
  • APA

"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik".

 

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifovməlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.

 

S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib .

 

 

"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.