• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

İQTİSADİYYAT

Brent markalı neftin qiyməti 72 dolları ötdü

  • 682 dəfə
  • Tarix 12 Aprel 2018 / 09:06
  • APA

Dünya birjalarında neft bahalaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib. Qeyd edək ki, sonuncu dəfə bu qiymət 2014-cü ilin dekabrında qeydə alınıb. 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib.