• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Azərbaycanlı müğənni: “Öz janrımda rəqibim yoxdur” - VİDEO

  • 2496 dəfə
  • Tarix 13 Aprel 2018 / 13:35
  • Yalçın UĞUR

Azərbaycanlı müğənni Lətifə Soyuöz “APA TV”-nin “Show time” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, öz janrında rəqib tanımır: “Həmyaşıdım olan müğənnilər çıxıb “Rəqibim yoxdur” açıqlamasını verəndə gülürəm. Bu sənətdə hamı bir-birinə rəqibdir. Ola bilsin ki, bəziləri bunu janr etibarı ilə deyir. Məsələn mənə bəzən darıxdırıcıdır. Çünki mənim janrımda rəqabət aparan hələ ki, yoxdur. Mən istəyərdim ki, öz janrımda rəqibim olsun. O bir rok, mən də birini oxuyum. Amma belə hamı mənim üçün rəqib sayılır. Səhnəmizdə Alim Qasımov, Brilliant Dadaşova var. Necə rəqibimiz yoxdur deyə bilərsiz? Mən hər bir müğənni ilə rəqabət aparıram”.

 

Qeyd edək ki, müğənni Günay İbrahimli ötən il açıqlamasında “Yaşıdlarım arasında rəqibim yoxdur” açıqlamasını vermişdi. Onun bu açıqlaması isə şou-biznesdə bir çox müğənnilərin qəzəbinə tuş gəldi.