• EUR  
  • USD  
  • RUB

İDMAN

Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

  • 1144 dəfə
  • Tarix 13 Aprel 2018 / 19:52
  • Lent.az

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Liverpul”un hücumçusu Sadio Mane qalib olub.

 

UEFA-nın rəsmi saytında keçirilən səsvermədə səslərin 51%-ni toplayan seneqallı futbolçu “Roma”dan Edin Ceko (31%) və “Yuventus”dan Mario Mandjukiçi (16%) qabaqlayıb.

 

“Mançester Siti” ilə oynanılan cavab qarşılaşmasında (1:2) Mane nə qol, nə də assistlə yadda qalmışdı.