• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Şou-biznesin məşhur küsülüləri barışdı - FOTO

  • 3244 dəfə
  • Tarix 14 Aprel 2018 / 17:55
  • Lent.az

Şou-biznesdə daha bir küsülü məşhurlar barışıb.

 

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə əməkdar artist Murad Dadaşovla Natavan Həbibi aralarındakı soyuq münasibətə son qoyublar.

 

Bu haqda Natavan İnstaqram səhifəsində yaydığı videoda bildirib. O, birlikdə səmimi videolarını sosial şəbəkədə yerləşdirib. Görüntü İlham Əliyevin səsvermədə birinci olması münasibətilə keçirilən konsertdə lentə alınıb.

 

Qeyd edək ki, M.Dadaşov "ATV maqazin onlarla" verilişində Natavanı qeyri-səmimi alandırmış və ona "Natavan özü deyil, kiminsə acığına iş görür" sözlərini demişdi. Həbibi isə ona cavab verməyib, Dadaşovla üz-üzə danışacağını söyləmişdi.