• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

MAQAZİN

Tanınmış teleaparıcının radiodakı verilişi də bağlandı

  • 5555 dəfə
  • Tarix 14 Aprel 2018 / 17:17
  • Lent.az

Tanınmış teleparıcı Firuzə Cəlilovanın "Xəzər TV"də yayımlanan verilişlərinin bağlanmasından sonra onun radiodakı verilişi də fəaliyyətini dayandırıb. Lent.az axşam.az-a istinadən xəbər verir ki, Fira adı ilə tanınan aparıcı fəaliyyətini təkcə "Xəzər" radioda davam etdirirdi. Bu dəfə isə onun radioda aparıcısı olduğu "Danışır Xəzər" verilişi bağlanıb.

 

Bu haqda Fira özü məlumat verib. O bildirib ki, aprelin 13-də radiodakı proqramı sonuncu dəfə yayımlanıb:

 

"Xəzər 103 FM-də düz 1 il 8 aylıq layihəmiz olan "Danışır Xəzər"in son yayımı oldu. Mənim radiodakı sevimli müdirim Nəsib Nura təşəkkür edirəm ki, məni radio ilə tanış etdi və Azər bəy kimi istedadlı bir həmkarla yayım paylaşdım. Radio həyatımın unudulmaz bir anı olaraq qalacaq".