• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb

  • 1444 dəfə
  • Tarix 16 Aprel 2018 / 13:30
  • Lent.az
 
 
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub.
 
 
Dİn mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.
 
 
Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. 
Götürülən maddi sübutlar ekspertizaya göndərilib. 
 
 
Faktla bağlı araşdırma aparılır.  
 
 
 
Natiq Cavadov,  
DİN Mətbuat Xidmətinin əməkdaşı