• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Yanacaqdoldurma məntəqəsində "tapança" ilə soyğun - VİDEO

  • 2626 dəfə
  • Tarix 16 Aprel 2018 / 14:22
  • Lent.az
 
Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  Lent.az movqe.az-a istindaən bildirir ki,  üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək  800 AZN pulu götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.