• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Tanınmış şirniyyat mağazası vergidən yayınıb

  • 2557 dəfə
  • Tarix 16 Aprel 2018 / 17:27
  • APA

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.

 

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.

 

Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.