• EUR  
  • USD  
  • RUB

DÜNYA

Mançesterdə maşın kütləyə çırpıldı, yaralılar var

  • 906 dəfə
  • Tarix 16 Aprel 2018 / 20:29
  • Lent.az

İngiltərənin Mançester şəhərində avtomobil kütləyə çırpılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

 

Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. Onların ağır yaralandığı bildirilir.  Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.