• EUR  
  • USD  
  • RUB

DÜNYA

Ağ Ev yaxınlığında nüvə partlayışı - MÜMKÜN FƏSADLAR

  • 1995 dəfə
  • Tarix 16 Aprel 2018 / 23:27
  • Lent.az

Amerikalı ekspertlər atom bombasının Vaşinqtonda, Ağ Ev yaxınlığında partlayışının modelləşdirilmiş görüntüsünü hazırlayıb.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, videoçarx “Science Magazine” jurnalında dərc olunub.  

 

Modelləşdirmə ABŞ-ın Bir nömrəli milli reaksiya ssenarisi çərçivəsində həyata keçirilib.

 

Ssenariyə görə, yüksək səviyyədə zənginləşdirilmiş beş kiloqram çəkili urandan ibarət atom bombası terrorçuların əlinə keçir və onlar bir neçə həftədən sonra onu Vaşinqtonun mərkəzində işə salır.

 

Videoçarxda radiasiyanın şəhərdə 730 minə yaxın insanın yaşadığı rayonlara yayıldığını görmək olur. Materialda eyni zamanda radiasiyanın insan orqanizminə təsirlərindən danışılır.