• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

İDMAN

İsveçrə klubu avrokuboklardan kənarlaşdırıldı

  • 1618 dəfə
  • Tarix 17 Aprel 2018 / 06:39
  • Lent.az

İsveçrənin “Sion” klubu iki mövsümlük Avrokuboklarda iştirakdan məhrum edilib.

 

Apasport.az saytının məlumatına görə, komanda 2018/2019 və 2019/2020-ci illər mövsümündə Avropa səviyyəli turnirlərdə yarışa bilməyəcək.

 

Bu barədə qərarı UEFA-nın Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Qərara səbəb isə maliyyə feyr-pleyi qaydalarının pozulmasıdır.

 

“Sion”a üstəlik 235 min dollar pul cəriməsi də kəsilib.