• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

SİYASƏT

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - VİDEO

  • 1236 dəfə
  • Tarix 19 Aprel 2018 / 18:17
  • Lent.az

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.
Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.