• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

SİYASƏT

Almaniya prezidenti İlham Əliyevi təbrik etdi

  • 1090 dəfə
  • Tarix 19 Aprel 2018 / 20:31
  • Lent.az

Almaniya prezidenti Frank-Valter Ştaynmayer İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident. Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər. Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq”.