• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Altı ölkə səfirliklərini Qüdsə köçürməyə hazırdır

  • 1239 dəfə
  • Tarix 20 Aprel 2018 / 06:37
  • Lent.az

Azı altı ölkə səfirliklərinin Tel-Əivdən Qüdsə köçürülməsinə dair İsrail hökuməti ilə ciddi danışıqlar aparıb.

 

APA-nın “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

 

“Azı altı ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, - deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.  

 

Benyamin Netanyahu hansı ölkələrlə danışıqların aparıldığını açıqlamayıb.