• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

Səudiyyə Ərəbistanında 4 polis öldürüldü

  • 1163 dəfə
  • Tarix 20 Aprel 2018 / 07:15
  • Lent.az

 

 

Səudiyyə Ərəbistanında polis blok-postuna hücum nəticəsində üç polis əməkdaşı həlak olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Əl-Mücəridə və Barik rayonlarının kəsişməsində quraşdırılmış postda baş verib.     

 

Məlumata görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları hücumla əlaqəli şəxslərin bir neçəsinin kimliyini müəyyənləşdirib, onlardan ikisi saxlanılıb. Daha bir nəfər əməliyyat zamanı silahlı müqavimət göstərərək 5 polisi yaralayıb. Cavab atəşi ilə silahlı məhv etdirilib.  

 

Yaralı polislərdən biri xəstəxanaya aparılarkən yolda keçinib.