• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Restoranda iki polis güllələndi

  • 1273 dəfə
  • Tarix 20 Aprel 2018 / 07:55
  • Lent.az

ABŞ-ın Trenton şəhərində (Florida ştatı)  naməlum silahlı şəxs restoranda iki polis əməkdaşını qətlə yetirib.  

 

Polisin məlumatına görə, insident şəhərin mərkəzindəki “Eys Çayna” restoranında baş verib. Silahlı şəxs restorana yaxınlaşaraq hər iki polisi pəncərənin arxasından güllələyib. Hadisə yerinə gələn polislər atəş açan şəxsi restoranın qarşısında ölü aşkarlayıblar.  

 

Cinayətin motivi müəyyənləşdirilir.