• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Azərbaycana gələn qatarda BƏLƏDÇİ FIRILDAĞI - FOTOLAR

  • 3548 dəfə
  • Tarix 20 Aprel 2018 / 09:59
  • Lent.az

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

 

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.