• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

Yarım tonluq  bomba tapıldı: Berlin boşaldılır

  • 3371 dəfə
  • Tarix 20 Aprel 2018 / 12:47
  • Lent.az

 

Almaniyanın paytaxtı Berlində əsas qatar stansiyasının yaxınlığında II Dünya müharibəsindən qalma yarım tonluq bombanın tapılması səbəbindən bu gün böyük təxliyə olacaq.

 

Lent.az-ın hurriyyet.com.tr-a istinadən xəbərinə görə, şəhərin mərkəzində binalar, nazirlik binaları, səfirliklər, xəstəxanalar, gizli xidmət binaları və muzeylər boşaldılacaq.

 

Bombanın təhlükəsiz partladıla bilməsi üçün bu gün səhər saat 9-dan binalar boşaldılır.

 

İngilis istehsalı olan bomba gün ərzində zərərsizləşdiriəcək.