• EUR  
  • USD  
  • RUB

DÜNYA

Ermənistanda etiraz aksiyalarında 200-ə yaxın adam tutuldu - YENİLƏNİB

  • 1266 dəfə
  • Tarix 20 Aprel 2018 / 17:22
  • APA

 

Ermənistanda etiraz aksiyalarında saxlanılanların sayı artıb.

 
 
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polisin mətbuat xidmətindən bildirilib ki, saat 15:00-a olan məlumata görə, bu gün Ermənistanın müxtəlif polis bölmələrinə ümumilikdə 183 nəfər gətirilib.

 

 

13:12

 

 

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.

 

Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.

 

 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

 

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.