• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ziya Məmmədovun qardaşı oğlunun tutdurmaq istədiyi idmançıya 8 İL HƏBS TƏLƏBİ

  • 1865 dəfə
  • Tarix 20 Aprel 2018 / 17:14
  • Səlcuq Elçin

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

 

 

 

 

 

Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqı başa çatıb.

 

 

 

 

 

Prokuror Rövşən Heybətovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin prokuror ev dustaqlığında olan idmançının barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

 

Növbəti proses aprelin 27-də keçiriləcək.

 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı,  sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

 

 

 

E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

 

 

 

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

 

 

 

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

 

 

 

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti  olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub