• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

  • 1260 dəfə
  • Tarix 20 Aprel 2018 / 20:41
  • Lent.az

ABŞ Demokrat Partiyasının Milli Komitəsi Rusiya hakimiyyət orqanları, hazırkı prezident Donald Tramp kampaniyasının qərargahı və “Wikileaks” saytına qarşı iddia qaldırıb.

 

APA-nın məlumatına görə, bu barədə “Washington Post” xəbər verib.

 

İddiaya əsasən, hazırkı ABŞ prezidentinin seçkiqabağı qərargahı demokratların kompüter şəbəkəsinin dağıdılması və Trampın seçkilərdəki rəqibi Hillari Klintonun nüfuzdan salmaq məqsədilə Rusiya hökuməti ilə sövdələşməyə giriblər.

 

Demokratlara görə, kömpüter şəbəkəsinin sındırılması Rusiya Baş Kəşfiyyat İdarəsinin hazırladığı xakerlər və “Wikileaks”in mütəxəssisləri tərəfindən həyata keçirilib.

 

Qeyd olunur ki, şəxsən D.Trampın özü iddia üzrə cavabdeh adlandırılmır. Bunun əvəzində sənəddə onun seçkiqabağı qərargahının müxtəlif vəzifəli şəxslərinin adları hallandırılır.