• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Kürdəmirdə 8 otaqlı ev yandı

  • 1268 dəfə
  • Tarix 21 Aprel 2018 / 06:44
  • Lent.az

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.