• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Bakıda spirtli içki oğurlayan şəxs qaçarkən yaxalandı

  • 1630 dəfə
  • Tarix 22 Aprel 2018 / 18:55
  • Lent.az

Bakıda marketdən oğurluq edən şəxs tutulub. Lent.az xəbər verir ki, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Zabrat qəsəbəsindəki “Ayxan” marketdən daxil olmuş həyəcan siqnalını yoxlayıb. Bu zaman marketdən ümumi dəyəri 102 manat olan iki ədəd bir litrlik spirtli içki (Grey Gosse) oğurlayıb qaçmaq istəyən Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Aslanov Anar Əmiraslan oğlunu maddi sübutla birlikdə tutulub. O, ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.