• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda avtomobil yol kənarına aşdı: 5 yaralı

  • 1658 dəfə
  • Tarix 23 Aprel 2018 / 10:25
  • Nizam Rza

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində - Xocasən yolunda "Opel" markalı, 99 CT 234 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.