• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Dənizdə itkin düşən 2 gəncin axtarışlarına helikopter də qoşuldu

  • 5693 dəfə
  • Tarix 23 Aprel 2018 / 10:51
  • Lent.az

Aprelin 18-də Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.