• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı tədbirlər görüləcək”

  • 1069 dəfə
  • Tarix 23 Aprel 2018 / 11:41
  • Lent.az
 
 
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan videoya münasibət bildirib. 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: "ümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.
 
 
Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.