• EUR  
  • USD  
  • RUB

SOSİAL

Temperatur 23 dərəcəyə qalxacaq - SABAH

  • 3179 dəfə
  • Tarix 23 Aprel 2018 / 13:26
  • Lent.az

 

 
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-18,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. 
 
 
Azərbaycanın rayonlarında aprelin 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb  rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.