• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

SOSİAL

İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”

  • 878 dəfə
  • Tarix 23 Aprel 2018 / 14:28
  • Lent.az

 

 
UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.
 
 
Lent.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binaları, Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.
 
 
 
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı təsdiqlənib. Sənədə əsasən, UNEC-də “AXC dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı” həsr olunan elmi konfrans, seminar, açıq dərs və dəyirmi masalar təşkil olunur. Tədbirlər planında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili” mövzusunda Forumunun keçirilməsi də nəzərdə tutulub.