• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Səməd Səmədov şou əhlinə mesaj göndərdi: “Gündəmdəyəm...” - VİDEO

  • 1907 dəfə
  • Tarix 23 Aprel 2018 / 14:33
  • Yalçın UĞUR

Xalq artisti Səməd Səmədov repertuarındakı yenilikdən söz açıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Hamlet İsmayılova, musiqisi, aranjemanı Fərid Kərimliyə məxsus “Dəbdəyəm, gündəmdəyəm” adlı mahnı oxuyub: “Əslində bu mahnım bəzi şou-biznes əhlinə bir mesajdır. İllərdir səhnədə olasan, mahnıların dillər əzbəri olsun, bir də gündəmdə olasan, bu hər bir müğənniyə nəsib olmur. Şou-biznesdə bir çox müğənnilərin ulduzları parlayıb, amma gündəmlə ayaqlaşmağı bacarmadıqları üçün sönüb. Mahnıya gəldikdə isə, ilk qulaq asdığım gündən bəyəndim. Düşünürəm ki, dinləyicilərin xoşuna gələcək”.