• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Gömrükçülər xeyli sayda soyuq silah aşkarlayıb

  • 1998 dəfə
  • Tarix 23 Aprel 2018 / 18:30
  • Lent.az

Bakı Baş Gömrük İdarəsi Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 10 ədəd "beşbarmaq", 5 ədəd dəyənək, 9 ədəd silah hissəsi, 4 ədəd elektroşoker, 48 ədəd ox aşkar edilib.

 

Bundan başqa, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.

 

Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır.