• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

SİYASƏT

Yeni hökumətdə kimlər oldu - SİYAHI

  • 7951 dəfə
  • Tarix 23 Aprel 2018 / 19:42
  • APA

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

 

APA-nın məlumatına görə, əvvəlki kabinetdə təmsil olunmuş gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay ŞirəliyevAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HüseynovaDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıDövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni tərkibdə də eyni vəzifələrə təyin ediliblər.

 

Ekologiya və təbii sərvətlər naziri vəzifəsində Hüseyn Bağırovu Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Nazim İbrahimovFuad MuradovDövlət Gömrük Komitəsinin sədri vəzifəsində Aydın Əliyevi Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində Firudin Nəbiyevi isə Vüsal Hüseynov əvəz edib.

 

 

2017-ci ilin dekabrından boş qalan təhsil naziri postuna Ceyhun Bayramov təyin olunub.

 

Yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyinat alıb.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb.

 

Qeyd edək ki, əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl CabbarovDövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ötən həftə yeni tərkibdə eyni vəzifəyə təyin ediliblər.