• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

Torontoda maşını piyadaların üstünə sürənin kimliyi bilindi

  • 2037 dəfə
  • Tarix 24 Aprel 2018 / 02:23
  • Lent.az

Kanadanın Toronto şəhərində polis avtomobili piyadaların üstünə sürənin şəxsiyyəti müəyyənləşdirilib.

 

APA-nın xəbərinə görə, bu barədə “BNL News” məlumat verib.

 

Məlumata əsasən, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan 25 yaşlı Alek Minassiyandır.

 

Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

 

Qeyd edək ki, Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Hazırda polis insidentin motivlərini müəyyənləşdirir.