• EUR  
  • USD  
  • RUB

İDMAN

ÇL: Yarımfinal 7 qolla başladı

  • 1653 dəfə
  • Tarix 25 Aprel 2018 / 04:10
  • Lent.az
Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin ilk oyunu keçirilib.
 
 
 
Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.
 
 
 
“Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub. 
 
 
 
Çempionlar Liqası
 
Yarımfinal (ilk oyun)
 
 
 
24 aprel
 
“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) - 5:2
 
Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)
 
Baş hakim: Feliks Brix (Almaniya)
 
Liverpul, “Enfild Roud” stadionu
 
 
 
“Liverpul”: Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane
 
 
 
“Roma”: Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko