• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

SOSİAL

Oğuzda gəlin faytonu seçdi

  • 1857 dəfə
  • Tarix 25 Aprel 2018 / 04:45
  • Lent.az

Oğuzda maraqlı toy keçirilib. Gəlin şadlıq sarayına avtomobillə yox, faytonla gedib. Bu, onun toyla bağlı ən böyük arzusu olub.

 

Xezerxeber.az-ın məlumatına görə, Oğuz rayonunda bəy-gəlinin faytonla getməsi hamının marağına səbəb olub.

 

Türkiyənin Ankara şəhərindən olan Erhan Bayara ərə gedən Oğuz rayon sakini Səkinə İsayeva ən qədim adətlərimizdən birini reallaşdırıb.

 

Murad rəmzi olan atın həm el-obaya, həm də toy edən gənclərə xoşbəxtlik gətirəcəyinə inanan ailə üzvləri bu yola əl atıblar. Faytonla toy etmək qızı Səkinənin arzusu olduğunu deyən ata bu arzunu çətin də olsa, yerinə yetirə bilib. O deyir ki, toy üçün uyğun faytonu tapmaq elə də asan olmayıb.

 

Xüsusi bəzədilmiş gəlin faytonu Oğuzun bütün küçələrini dolaşıb. Həm də toy karvanında heç bir avtomobil olmayıb. Bəy ilə gəlin şadlıq evində alqışlarla qarşılanıb.