• EUR  
  • USD  
  • RUB

DÜNYA

Aeroportda 100 kq heroin tapıldı

  • 1466 dəfə
  • Tarix 25 Aprel 2018 / 07:15
  • Lent.az

Braziliyanın Rio-de-Janeyro hava limanında Çindən gəlmiş yükün arasından 50 kq partlayıcı və 100 kq heroin aşkarlanıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədlərdə problem olduğundan qeyd olunan yük sentyabrda saxlanılsa da, baqaj gömrükçülər tərəfindən aprelin 24-də yoxlanılıb.

 

Aşkarlanmış partladıcı və heroin  yükün bəyannaməsində istehsalatda istifadə edilən kimyəvi maddə kimi göstərilmişdi.  

 

Faktla bağlı polis araşdırmalara başlayıb.