• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Gecə klubundan çıxan qızlara görə dava salan gənclərə HÖKM OXUNDU

  • 1267 dəfə
  • Tarix 25 Aprel 2018 / 11:55
  • Səlcuq Elçin

Gecə klubunda İraq vətəndaşına qarşı quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən,  Anar Kərimov və Fəqan Abdullayev 11 il,  Nurlan Məmmədov və Kamran Vahabov 9 il  Elvira Ələsgərova və Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Qeyd edək ki, hadisəsi bu il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

 

 

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç.Bəhlulzadə, Bakı şəhər sakinləri A.Kərimov, E.Ələsgərova, F.Abdullayev, N.Məmmədov və K.Vahabov tutulub.

 

Daha sonra onların barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.