• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Metroda cibgir tutuldu

  • 1076 dəfə
  • Tarix 25 Aprel 2018 / 12:57
  • Lent.az

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib.

 

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.