• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

  • 1484 dəfə
  • Tarix 25 Aprel 2018 / 18:03
  • Lent.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
 
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
 
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.