• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

MƏDƏNİYYƏT

Azərbaycanlı bəstəkar dünyasını dəyişdi

  • 1919 dəfə
  • Tarix 01 May 2018 / 11:54
  • Yalçın UĞUR

Əməkdar incəsənət xadimi Həsənağa Adıgözəlzadə dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, bəstəkar ötən gün vəfat edib. Onun nəşi bu gün Türkiyədən Bakıya gətirilib.

 

Mərhumla vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək.

 

Qeyd edək ki, H.Adıgözəlzadə Azərbaycanın görkəmli pianoçusu, xalq artisti Zöhrab Adıgözəlzadənin qardaşı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin əmisidir.