• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

MƏDƏNİYYƏT

Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq

  • 1110 dəfə
  • Tarix 01 May 2018 / 14:51
  • Lent.az
 
Mayın 4-də Nizami Kino Mərkəzində Xalq Artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.
 
Lent.az-ın məlumatına görə, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.
 
Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.