• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

MƏDƏNİYYƏT

“Sevdiyim” layihəsinə start verildi

  • 1395 dəfə
  • Tarix 04 May 2018 / 18:48
  • Lent.az

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə “Sevdiyim” layihəsinə start verilib. Lent.az-ın məlumatına görə, layihə tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir.

Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür. Tezliklə klip ictimaiyyətə təqdim olunacaq və layihə müddətində müxtəlif tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir.