• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

MƏDƏNİYYƏT

Fuad Poladov dəfn olundu - YENİLƏNİB

  • 13180 dəfə
  • Tarix 05 May 2018 / 15:15
  • Lent.az

Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.

 

APA-nın xəbərinə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.  

 

Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

 

 

***

 

10:48

 

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

 

APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

 

***

 

09:03

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

 

Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

 

Ailəsindən Lent.az-a verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.  Mərhumun nəşi saat 1-də evindən götürüləcək. 

 

Allah rəhmət eləsin!