• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Müğənni Elçin 2 aya 28 kilo arıqladı: "Problemlər yaranırdı" - FOTO

  • 2964 dəfə
  • Tarix 14 May 2018 / 14:34
  • Yalçın UĞUR

Azərbaycanlı müğənni Elçin Hüseynov xüsusi pəhriz sayəsində 2 aya 28 kilo arıqlayıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, arıqlamaq prosesi hələ davam edəcək: “Ümumiyyətlə, səhnə adamı daim formada olmalıdır. Mən də daim formada qalmağa çalışmışam. Bəzən bu alınıb, bəzənsə iradəsizlik göstərmişəm. Amma 2 ay öncə özümə söz verdim ki, mütləq arıqlamalıyam. Çünki köklük məndə problemlər yaradırdı. 28 kilo arıqladım, amma “stop” deməyəcəm. Bir neçə kilo da verməyi düşünürəm”.